“Baku Crystal Hall” da boks yarışları davam edir

13:58 20 İyun 2015
61 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, Samirə Allahverdiyeva, Abbasəli Yadigarov, AZƏRTAC
“Baku Crystal Hall”da boks yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, qadınların yarışında 51 kiloqram çəki dərəcəsində səkkizdəbir final mərhələsinin oyunları keçirilir. İlk görüşdə Rusiya idmançısı Yelena Savalyova irlandiyalı Mişela Valşa qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Növbəti görüşlər finlandiyalı Marjut Lausti və italiyalı Mariya Davide, almaniyalı Azize Nimani və Fransa boksçusu Delfin Mançini arasında keçiriləcək.
Bu çəki dərəcəsində Azərbaycan boksçusu Anna Əlmərdanova birbaşa döddəbir final mərhələsindən mübarizəyə qoşulacaq. Onun rəqibi Bolqarıstan idmançısı Stanimira Petrova olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baku_Crystal_Hall_da_boks_yarislari_davam_edir-865606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR