Azərbaycan bu idman növündə mübarizəni dayandırdı

Azərbaycan bu idman növündə mübarizəni dayandırdı
14:21 20 İyun 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı 2015-də kişilər arasında çimərlik voleybolu üzrə yarışların 1/8 finalı başlayıb.

ANS PRESS-in məlumatına görə, bu final mərhələsində yeganə Azərbaycan cütlüyü olan Neylton Santos və Yaroslav Rudix qələbə qazana bilməyib. Onlar Martins Plavins-Haralds Reqzadan ibarət Latviya komandası ilə mübarizədə 1:2 hesablı (22:20, 16:21, 13:15) ilə uduzublar.

Bununla da Azərbaycanın komandası çimərlik voleybolunda yarışlarda mübarizəni dayandırıb.

Kişilər arasında 1/8 finalın digər görüşlərində İsrail, Rusiya, İsveçrə, Belarus və Avstriya qalib çıxıb. 1/4 final oyunları saat 17:00-da başlanılacaq.

Hazırda çimərlik voleybolu üzrə qadınlar arasında yarım fianl oyunları keçirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR