Bakı 2015-ci ildə Avropanın 10 ən maraqlı məkanının siyahısına düşüb

Bakı 2015-ci ildə Avropanın 10 ən maraqlı məkanının siyahısına düşüb
16:43 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Dünyanın görməli yerləri üzrə soraq kitabçaları buraxılışı üzrə ixtisaslaşan “Lonely planet” nəşriyyatı Avropanın ən maraqlı məkanlarının siyahısını təqdim edib. Nəşriyyat bu haqda məlumatı öz rəsmi saytında yerləşdirib.
AZƏRTAC Newsland saytına istinadla xəbər verir ki, həmin siyahıda birinci yeri İslandiyanın Akyureyri şəhəri tutur. Eyya-fyordun qərb hissəsində yerləşən bu şəhər, reytinq müəlliflərinin fikrincə, ətraf ərazidəki balıqçı kəndlərinə səfər etmək, yaşıl çəmənliklərdə gəzişmək, palçıq lavalarına, şəlalələrə, dağ-xizək idmanı sahələrinə və balinaların qaynaşdığı körfəzlərə tamaşa etmək istəyənlər üçün çox maraqlı başlanğıc nöqtədir.
Reytinqdə ikinci yeri Almaniyanın Leypsiq şəhəri tutur. Cari yay mövsümündə bu şəhərdə mərkəzi vağzalın 100 iliyinə və yazılı tarixdə Leypsiqin adının ilk dəfə çəkilməsinin 1000 illiyinə həsr edilmiş çoxsaylı tematik sərgilər və festivallar keçiriləcək.
Reytinq tərtibçiləri bu siyahıda üçüncü yeri Portuqaliyanın Azor adalarına veriblər. Keçmiş Sovet İttifaqı məkanındakı ölkələrdən bu reytinqə daxil edilmiş yeganə şəhər Azərbaycanın paytaxtı Bakıdır.
“Lonely planet” versiyasına görə, Avropanın ən maraqlı yerlərinin ilk onluğuna aşağıdakı məkanlar düşüb:
1. Akyureyri, İslandiya
2. Leypsiq, Almaniya
3. Azor adaları, Portuqaliya
4. Malaqa, İspaniya
5. Belqrad, Serbiya
6. Pyemont, İtaliya
7. Bakı, Azərbaycan
8. Amsterdam, Niderland
9. Tromsyö, Norveç
10. Portu, Portuqaliya
Qeyd edilir ki, bu siyahı ilə yanaşı daha iki tematik reytinq tərtib edilib: Avropanın on ən yaxşı çimərliyi və Avropada ailəvi istirahət üçün on ən yaxşı yer.
Nəşriyyatın versiyasına görə Avropanın 10 ən yaxşı çimərliyi:
1. Yaz Çimərliyi, Monteneqro
2. Penişi, Portuqaliya
3. Rondinara çimərliyi, Korsika, Fransa
4. Kala-Qoloritse, Sardiniya, İtaliya
5. Vik Biç çimərliyi, İslandiya
6. Bentem Biç çimərliyi, İngiltərə, Böyük Britaniya
7. Sendvud körfəzi, Şotlandiya, Böyük Britaniya
8. Kala Makareyya, Menorka, İspaniya
9. Vutumi, Antipaksi, Yunanıstan
10. Kurş dili, Litva
“Lonely planet” nəşriyyatının versiyasına görə uşaqlarla birgə istirahət üçün 10 ən yaxşı yer:
1. Kent, İngiltərə, Böyük Britaniya
2. Kerri qraflığı, İrlandiya
3. Qara meşə (Şvarsvald), Almaniya
4. Budapeşt, Macarıstan
5. Forarlberq, Avstriya
6. Aland adaları, Finlandiya
7. İbitsa, İspaniya
8. Normandiya, Fransa
9. Skomer və Marlou-Sends, Uels, Böyük Britaniya
10. Boxin, Sloveniya
“Lonely planet” o qədər də varlı olmayan turistlər üçün bələdçi nəşrlər hazırlanması üzrə ixtisaslaşan ən iri nəşriyyatlarda biri hesab edilir. İndiyə qədər bu nəşriyyat dünyanın 8 dilində 500-dən çox soraq kitabı və danışıq kitabçası nəşr edib. Nəşriyyat tərəfindən hər il buraxılan çap məmulatının ümumi tirajı 6 milyon nüsxəyə çatır. 2012-ci ildən bu nəşriyyatda rus dilində də kitablar çap edilir.
Bir qədər əvvəl isə “Trip Advisor” servisi dünyanın və Rusiyanın ən görməli yerlərinin illik siyahısını tərtib edib. Bu siyahıda Rusiya üzrə birinci yeri Peterburqdakı Spas-na-Krovi məbədi, dünyada birinci yeri isə Kambocadakı Anqkor-Vat məbəd kompleksi tutur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_2015_ci_ilde_Avropanin_10_en_maraqli_mekaninin_siyahisina_dusub-865672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR