İlqar Quliyev: “Rəsul Quliyev xəstəliyi haqqında məlumatları mətbuata özü buraxıb”

İlqar Quliyev: “Rəsul Quliyev xəstəliyi haqqında məlumatları mətbuata özü buraxıb”
16:54 20 İyun 2015
180 Digər
Ölkə mətbuatı
A- A+

“Yaxın zamanlarda onun əməlləri barədə mətbuatda çıxış edəcəyəm”

“Rəsul Quliyev Lent.az-a verdiyi açıqlamada məni onun haqqında şayiələr yaymaqda ittiham edir. Bununla bağlı demək istəyirəm ki, bu ağ yalandır və belə bir iddia ilə çıxış etmək sağlam düşüncənin məhsulu deyil. Zaman-zaman bu adam gündəmdə qalmaq, diqqəti əsas məqamlardan yayındırmaq üçün xəstəliyi haqqında məqsədyönlü şəkildə mətbuata informasiyalar buraxıb”. Bunu Lent.az-a Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin bacısı oğlu İlqar Quliyev deyib. O, Rəsul Quliyevin budəfəki açıqlamasını da təsadüfi hesab etmədiyini bildirib: “Öz bacısı oğlunu tutdurduğuna görə qınaq hədəfinə çevrildiyindən nə danışdığının fərqində deyil. Lent.az-ın elektron poçtuna göndərilən məlumatların da mənə heç bir aidiyyəti yoxdur. Bunun haradan göndərilməsini müəyyən etmək çox da çətin deyil. Mən onun haqqında nəyi demək istəyirəmsə, açıq deyirəm, altından da imzamı qoyuram. Növbəti dəfə məni məcbur edir ki, onun əməlləri barədə mətbuatda çıxış edim. Mən yaxın zamanlarda bunu edəcəyəm”.

Xatırladaq ki, Rəsul Quliyev hepatit D virusuna yoluxması ilə bağlı Lent.az-ın elektron poçtuna daxil məktubda yazılanlara münasibət bildirərkən bu xəbərlərin qohumu İlqar Quliyev tərəfindən yayıldığını demişdi.

Pərvin ABBASOV


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/12859

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR