Azərbaycan və Avstriya şirkətləri fiber-optik kabel istehsalı ilə bağlı layihə həyata keçirəcək

Azərbaycan və Avstriya şirkətləri fiber-optik kabel istehsalı ilə bağlı layihə həyata keçirəcək
17:28 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, Xatirə Cəfərova, AZƏRTAC
Avstriya nümayəndə heyətindən Azərbaycanda fiber-optik kabel istehsalı ilə bağlı birgə zavodun tikilməsi üzrə təklif daxil olub. Bununla bağlı danışıqlar aparılır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Avstriyada fiber-optik kabel istehsalı ilə bağlı layihə həyata keçirilib. Layihə üzrə növbəti mərhələ “İdeyanın reallaşdırılması hər iki tərəf üçün uyğun gəlir” istiqamətində davam etdirilir. Layihə üzrə ölkəmizdə fiber-optik kabel istehsalı ilə bağlı Avstriya şirkətləri ilə əməkdaşlıq çərçıvəsində birgə iş görüləcək.
Qeyd edək ki, “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyi arasında innovasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” 2011-ci ildə imzalanıb. O zamandan bəri təqdim olunmuş perspektivli layihələrlə bağlı İşçi Qrupun bir neçə görüşü keçirilib və ekspertlər tərəfindən müzakirələr aparılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Avstriya_sirketleri_fiber_optik_kabel_istehsali_ile_bagli_layihe_heyata_kechirecek-865687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR