TopCar-dan Porsche 911 - FOTO

TopCar-dan Porsche 911 - FOTO
19:27 20 İyun 2015
Ölkə mətbuatı
A- A+

Standart spesifikasiyada "Porsche 911 Turbo" - tamamilə fərqli və qəliz olmayan idman avtomobilidir. Təbii ki, bu təsvir yalnız avtomobilin xarci görünüşünə aiddir, çünki məhsuldarlıq nöqteyi nəzərdən bu alman avtomobili bir çox daha bahalı və güclü superkarlar və hətta hiperkarlarla rəqabət apara bilər.

Milli.Az auto.az-a istinadən bildirir ki,  avtomobilin dizaynı və xüsusiyyətləri arasındakı disbalansı düzəltməyi "TopCar" tüninq-atelyesi boynuna götürdü. "911 Turbo"-nun daha aqressiv nəqliyyat vasitəsinin sükanı arxasında oturmaq istəyən bütün sahibləri üçün "TopCar"-da Stinger GTR ban dəsti təqdim edirlər.

Dəst əsasən bir sıra xarici apqreydlərdən ibarətdir. Şəkildə göründüyü kimi bu modifikasiyalar istənilən "911 Turbo"-nu kəskin süjetli filmlərdə gördüyümüz superaqressiv sportkara çevirə bilər.

Dəstə yeni qabaq və arxa bamperlər, yan ətəklər, kastomlu kapot və bir neçə yeni hava çıxışları daxildir. Arxada yeni diffuzor və ölçülərinə görə standartdan böyük olan qanad quraşdırılır.

"TopCar" şirkəti istehsalı ilk nümayiş modeli ilə məhdudlaşmayan 25 belə model buraxmağı planlaşdırır.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/351575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR