Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 İyun

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 İyun
20:29 20 İyun 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ


XXI əsrin "soyuq müharibəsi"... Son günlər Moskva-Vaşinqton münasibətlərinin söz duelindən nüvə mövzusuna keçməsi bu müharibəni istiləşdirə də bilər. NATO-nun dünənə qədər Kremlin nəzarətində olan keçmiş Varşava ölkələri ilə yanaşı, hətta bəzi postsovet respublikalarını da ağuşuna alaraq onların ərazisində möhkəmlənməsi Rusiyanı qıcıqlandırır və Moskva bunu heç cür həzm edə bilmir.

 

Qərb bu addımını Ukraynada baş verənlərlə əlaqələndirir, təbii ki, qarşı tərəfin də cavabları var. Görünən isə odur ki, tərəflərin heç birinin digərinin qarşısından çəkilmək fikri yoxdur. ABŞ-ın öz raket bazalarını Avropa ölkələri ərazilərində çoxaltmasına Rusiya Kalininqrad əyalətində nüvə başlıqlı raketlərinin sayını artırmaqla cavab verdi. Maraqlı burasıdır ki, Avropanın bəzi ölkələri ABŞ hərbi qüvvələrinin onların ərazisində yerləşdirməsini Rusiya təhlükəsinə qarşı sığortalanmaq kimi dəyərləndirirlərsə, bəziləri bu qarşıdurmanı əksinə, Avropa üçün daha böyük təhlükə kimi dəyərləndirirlər. Və bu da NATO-nun qitədəki mövqeyinin o qədər də möhkəm olmamasının göstəricisi kimi dəyərləndirilə bilər.

 

Rusiya prezidentinin gələn ay sammiti keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının hərbi yox, yalnız iqtisadi maraqlara xidmət edəcəyi barədə səsləndirdiyi fikirlər də inandırıcı görünmür. Rəsmi Moskvanın Hindistan və Pakistanın quruma üzvlüyü barədə açıqlamasında iki dəfə səsləndirdiyi "onların hər ikisi nüvə dövlətləridir" ifadəsi bunu deməyə əsas verir. Bunu həm də NATO-ya sətiraltı bir mesaj kimi dəyərləndirmək olar...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR