Gümrü faciəsi parlamentə çıxarılır

Gümrü faciəsi parlamentə çıxarılır
15:06 21 Yanvar 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə baş vermiş hadisələrlə bağlı Ermənistan parlamentində geniş şəkildə müzakirə aparılacaq və dinləmələr keçirəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə parlamentin dövlət və hüquq məsələləri daimi komissiyasının sədri Ovannes Saakyan bildirib.

O deyib ki, dinləmələr yanvarın 22-də saat 12:00-ə təyin edilib. Ermənistan baş prokurorunun təklifinə əsasən müzakirələr qapalı deyil, açıq şəkildə aparılacaq. Çünki xalq hər şeyi açıq-aydın bilməlidir.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin altı üzvü Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən güllələnərək öldürülüb. Bununla əlaqədar yanvarın 15-də Gümrüdə və İrəvanda kütləvi etiraz aksiyası keçirilib, polislə aksiya iştirakçıları arasında toqquşma qeydə alınıb, 60-a yaxın insan həbs olunub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR