Çingiz Hüseynzadə: "Bundan sonra Azərbaycanı gimnastika ölkəsi kimi də tanıyacaqlar"

Çingiz Hüseynzadə: "Bundan sonra Azərbaycanı gimnastika ölkəsi kimi də tanıyacaqlar"
13:05 21 İyun 2015
52 İdman
Ölkə mətbuatı
A- A+

"İndiyə qədər Azərbaycanı güləş ölkəsi kimi tanıyırdılarsa, bundan sonra gimnastika ölkəsi kimi də tanıyacaqlar". Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında Avropa Oyunlarında gimnastlarımızın qazandığı medalları şərh edərkən deyib.

Ç.Hüseynzadə bildirib ki, gimnastlarımızın qazandığı medallar sevindirici haldır və onlar Azərbaycana uğur gətirdilər: "Bir həftədən sonra ilk Avropa Oyunlarının bağlanışı olacaq, Azərbaycan idmançıları xeyli sayda medal qazanıblar. Ümid edirəm ki, qalan bir həftədə də idmançılarımız yeni medalları ilə Azərbaycanı sevindirəcəklər".

Qeyd edək ki, artıq Azərbaycan gimnastları 6 medal - 1 qızıl, 2 gümüş və 3 bürünc qazanıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR