Britaniyalı turist: "Azərbaycanın yaxşı idman infrastrukturu var"

Britaniyalı turist: "Azərbaycanın yaxşı idman infrastrukturu var"
15:23 21 İyun 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Dostlarımla birgə Böyük Britaniyadan birinci Avropa Oyunlarını izləməyə gəlmişəm və Azərbaycanda olduğuma görə çox şadam". Bunu Trend-ə Milli Gimnastika Arenasında yarışları izləyən Böyük Britaniyadan olan Riçard Ceyms deyib.

O, qeyd edib ki, Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib: "Artıq bir neçə yarışları izləmişəm. Hər şey yaxşı təşkil olunub. Azərbaycanın yaxşı idman infrastrukturu var. Bu Gimnastika Arenası isə fantastikdir. İnsanların izdihamlı şəkildə gəlib yarışları izləməsi və idmançıları alqışlaması yarışlara xüsusi gözəllik verir. Görünür, Azərbaycanda insanlar idmana böyük maraq göstərirlər".

Azərbaycanda ilk dəfə olduğunu deyən R.Ceyms ölkəmizi çox bəyəndiyini bildirib. O, qeyd edib ki, Bakı gözəl şəhərdir, insanlar qonaqpərvər və mehribandır.

Britaniyalı turist Bakıda xeyli gəzdiyini və xüsusilə İçərişəhəri bəyəndiyini diqqətə çatdıb: "Bakıda xeyli gəzdim, gözəl şəhəriniz var. İçərişəhər isə insana xüsusi zövq verir, insanı sanki keçmişə aparır. Azərbaycanın həm də dadlı xörəkləri var. Doğrudan da bura gəlməkdən çox böyük zövq aldım".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR