Sumqayıt, 22 iyun, AZƏRTAC
İyul ayında Türkiyəyə təlim-məşq toplanışına yollanacaq “Sumqayıt” futbol klubu orada 4 yoxlama görüşü keçirəcək.
“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oyunların vaxtı artıq məlumdur.
Sumqayıt klubu iyulun 17, 19, 21 və 24-də meydançaya çıxacaq. Rəqiblərin adları hələlik dəqiqləşməyib.