Avropada məscid yandırıldı

Avropada məscid yandırıldı
22:16 25 Dekabr 2014
92 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçin Eskilstun şəhərində şəxsiyyəti bəlli olmayan cinayətkar məscid binasını yandırıb.

ANS PRESS-in məlumatına görə, yanğın nəticəsində azı 5 nəfər xəsarət alıb.

“Şahid naməlum şəxsin məscidə verilmiş binanın pəncərəsinə nəsə atdığını görüb və sonra yanğın baş verib” - deyə yerli polis nümayəndəsi Lars Franzel bildirib.

Hadisə baş verən zaman məsciddə 15-20 nəfər ibadətlə məşğul imiş. Hazırda polis məscidi yandıran şəxsi axtarır.

Qeyd edək ki, insident ölkədə miqrasiya barədə bitməyən mübahisələr fonunda baş verib. Debatlar İsveçdə müvəqqəti yaşayış alma müraciətlərinin sayının 90 faiz azalmasını tələb edən sağçı müxalifət bloku ilə ölkənin miqrasiya məsələsində liberal siyasəti dəstəkləyən sosial-demokrat partiyası başçılığı ilə qırmızı-yaşıl koalisiyası arasında gedir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR