Rusiya bir neçə ay vaxt qoydu

Rusiya bir neçə ay vaxt qoydu
22:31 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Neftin aşağı qiyməti bir neçə ay qalacaq, lakin sonra bareli 80 dollara qalxacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

Dvorkoviç neftin barelinə 80 dolları ən balanslaşmış qiymət hesab edir. O, əlavə edib ki, gələcək bir-iki ildə Rusiyada neftin hasilatı ən pessimist ssenariyə görə ilinə 5-10 faiz aşağı düşəcək.

“Növbəti bir-iki il üçün pessimist və stress ssenari var. Ona əsasən Rusiyada neftin hasilatı bu illər ərzində 5-10 faiz aşağı düşə bilər” - deyə Dvarkoviç bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=23&nid=316330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR