Bakı, 21 yanvar, AzərTAc
“Azərbaycan Hava Yolları” Bakı-Minsk-Bakı və əks istiqamətdə aviabiletlərə endirim tətbiq edib.
Aviaşirkətdən AzərTAc-a bildiriblər ki, sərnişinlər bu istiqamətdə bir bileti 315 avroya əldə edə bilərlər.
Qeyd edək ki, bundan əvvəl Bakıdan Minskə gedib-gəlmək 367 avroya təklif olunurdu.