Azərbaycanda 22,4 minə yaxın mütəxəssis elmi işlə məşğuldur

Azərbaycanda 22,4 minə yaxın mütəxəssis elmi işlə məşğuldur
17:28 21 Yanvar 2015
176 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda 22,4 minə yaxın mütəxəssis elm ocaqlarında elmi tədqiqat və işləmələrlə məşğul olur.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, 2015-ci ilin əvvəlinə olan məlumata görə, ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 140 elmi təşkilat və müəssisə fəaliyyət göstərir.

Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 22,4 minə yaxın mütəxəssis məşğul olur ki, onların da 70,6 faizi tədqiqatçılardır.

Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi var.

Bundan əlavə, elmi tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi tədqiqat bölmələrində tədqiqat və işləmələr yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir.

2015-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının 49 akademiki və 97 müxbir üzvü var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR