Bakı, 23 iyun, AZƏRTAC
“DəmirBank” “Contact” sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu sistem vasitəsilə dünyanın 80-dən çox ölkəsinə təcili pul köçürmə mümkündür. Köçürmələr manat, ABŞ dolları, avro və ya rus rublu ilə aparıla bilər.
Qeyd edək ki, “DəmirBank”ın “Pul köçürən və pul alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası çərçivəsində “Contact” sistemi üzrə də pul göndərənlərə və pul alanlara mobil danışıq kartı hədiyyə edilir. Belə ki, bankın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 15.000 RUR məbləğində pul köçürənə istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN/USD/EUR və ya 60.000 RUR olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.
Ətraflı məlumatı http://www.demirbank.az/?/az/ saytından və bankın www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.