Yəmən: Prezident sarayını ələ keçirən üsyançılar paytaxta tam nəzarət edirlər

Yəmən: Prezident sarayını ələ keçirən üsyançılar paytaxta tam nəzarət edirlər
20:13 21 Yanvar 2015
176 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Yəməndə şiə üsyançıları (husilər) prezident sarayını ələ keçiriblər. Hazırda husilər paytaxt Səna şəhərinə praktiki olaraq tam nəzarət edirlər.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, Yəmən Prezidenti Əbd Rəbbu Mənsur Hadinin ya Sənadakı iqamətgahında qaldığı, ya da ölkənin keçmiş paytaxtı Ədənə getdiyi barədə təzadlı məlumatlar yayılır. Məlumatlarda, həmçinin Ədənlə bütün hava, dəniz və quru əlaqələrinin kəsildiyi bildirilir.
Husilər Sənanı və ətraf əraziləri keçən ilin payızından bəri nəzarətdə saxlayırlar. Yəmən hökumətini bir il əvvəl əldə edilən razılaşmaları yerinə yetirməməkdə ittiham edən üsyançılar əsasən ölkəni federasiyaya çevirəcək yeni konstitusiya layihəsinə qarşı çıxırlar.
BMT Yəməndə faktiki olaraq dövlət çevrilişi baş verdiyindən ehtiyat edir. Təhlükəsizlik Şurası tərəfləri fikir ayrılıqlarını zorakılığa yol vermədən danışıqlar vasitəsi ilə həll etməyə çağırıb.
2011-ci ildə baş verən hökumət dəyişikliyindən sonra Yəmən indiyə qədər siyasi böhran vəziyyətindən çıxa bilməyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yemen_Prezident_sarayini_ele_kechiren_usyanchilar_paytaxta_tam_nezaret_edirler-826503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR