20 Yanvar faciəsi İspaniya KİV-lərinin diqqət mərkəzində

20:28 21 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Madrid, 21 yanvar, AzərTAc 
İspaniya kütləvi informasiya vasitələri 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən xəbərlər yaymaqda davam edir.
“EFE” informasiya agentliyi bu hadisələrlə bağlı növbəti xəbəri “Lavanguardia” portalında yerləşdirib.
Xəbərdə bildirilir ki, bu il 25-ci ildönümü qeyd olunan dəhşətli faciə zamanı 150-yə yaxın insan qətlə yetirilib.
Yazıda Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyevin “EFE” agentliyinə verdiyi müsahibədən də bəzi hissələr verilib. Səfir bu hadisələri doğuran səbəblər barədə danışıb. Bildirib ki, sovet rejiminin dəstəklədiyi Ermənistanın yürütdüyü etnik siyasət nəticəsində 1988-ci ildən azərbaycanlılar öz doğma torpaqlarından qovulmağa başladılar. Baş verən hadisələr Azərbaycan xalqının azadlıq arzularını daha da möhkəmləndirdi və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları xalqın iradəsini qırmaq üçün Bakıda qanlı terror törətdi.
“Hər il bu gün Azərbaycan xalqı şəhidlərin xatirəsini anır, onların məzarları üzərinə gül-çiçək dəstələri düzürlər”, - deyə məqalədə qeyd olunur.
Aygün Əliyeva
AzərTAc-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_Ispaniya_KIV_lerinin_diqqet_merkezinde-826506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR