Pekin, 26 iyun, AZƏRTAC
Çin Xalq Respublikasının paytaxtı Pekində iyunun 29-da Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) nizamnaməsi haqqında sənəd imzalanacaq. İmzalanma mərasimində bankın 57 təsisçi üzvü olan ölkənin, o cümlədən Azərbaycan Respublikasının nümayəndəsi iştirak edəcək.
ÇXR sədri Si Cinpinin mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü də nəzərdə tutulub.
Mənzil-qəragahı Pekində yerləşəcək AİİB 100 milyard dollarlıq büdcəsi ilə Asiya qitəsində infrastruktur layihələrini maliyyələşdirəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbirir
Pekin