ABŞ bu ölkələrə güvənmir (SİYAHI)

ABŞ bu ölkələrə güvənmir (SİYAHI)
11:06 22 Yanvar 2015
214 Dünya
Ölkə mətbuatı
A- A+

The National Interest tarix ərzində ABŞ-ın ən etibarsız ölkələrinin reytinq siyahısını hazırlayıb.

ANS PRESS-in məlumatına görə, siyahıya SSRİ, Yaponiya, Pakistan, İraq və İran kimi ölkələr daxil edilib. Jurnal ABŞ-la SSRİ-nin II dünya müharibəsində müttəfiq olduqlarını, lakin sonradan bu iki ölkə artasındakı münasibətlərin kəskin dəyişdiyini xatırladır. Yaponiya da vaxtilə ABŞ-ın müttəfiqi olub, ancaq Pyorl-Xarbora xain hücumdan sonra münasəbətlər dəyişib.

ABŞ İran-İraq müharibəsində ikincilərə kömək etsə də sonradan Səddam Hüseyni devirməklə müttəfiqliyin üstündən xətt çəkmişdi. Sonrakı yüerlərdə müvafiq olaraq Pakistan və İran gəlir. Birincilərin dəstəyilə ABŞ "Əl-Qaidə"yə qarşı mübarizə aparsa da Üsamə Benu Ladenin ölümündən sonra münasibətlər pisləşib.

ABŞ İranı da etibarsızlıqda günahlandırır. Birləşmiş Ştatlar şah rejiminə dəstək vermək İranın müttəfiqliyinə ümid etsələr də bu baş verməyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR