Müsavat Məclisinin üzvü: “Müsavat Partiyasında Demokratik İslahatlar Mərkəzinin yaradılmasına ehtiyac var”

Müsavat Məclisinin üzvü: “Müsavat Partiyasında Demokratik İslahatlar Mərkəzinin yaradılmasına ehtiyac var”
12:12 22 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 12:08 ]

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyasında Demokratik İslahatlar Mərkəzinin yaradılmasına ehtiyac var”.

Bunu APA-ya açıqlamasında Müsavat Məclisinin üzvü Sabir Məmmədli deyib.

 

S. Məmmədli bildirib ki, son dövrlər cəmiyyətdə demokratik və mənəvi dəyərlər xeyli dərəcədə aşılanmaya məruz qalıb ki, bu da istər-istəməz cəmiyyətin bir hissəsi olan müxalif qüvvələrə təsir edir: “Onlar da bu təsir altında öz əvvəlki prinsiplərindən müəyyən dərəcədə geri çəkilirlər. Bu, ilk növbədə özünü söz və əməlin bir-biri ilə uyğun gəlməməsində göstərir. Özümüzə tənqidi yanaşa bilmirik. Bu baxımdan demokratik prinsiplərin qorunub saxlanması, inkişaf etdirilməsi, mahiyyətinin açıqlanması çox vacibdir. Təəssüflər olsun ki, bu gün insanlar demokratik idarəetmənin formasını düzgün başa düşmür. Özlərini demokrat adlandıran insanların əməli fəaliyyəti demokratiyaya uyğun gəlmir”.

 

Müsavat Partiyasında da demokratik prinsipləri qorumağa çalışdıqlarını vurğulayan S. Məmmədli qeyd edib ki, bu gün partiyada Demokratik İslahatlar Mərkəzinin yaradılmasına ehtiyac var: “Bu mərkəzin yaradılması demokratik prinsiplərin inkişafına böyük töhfə verə bilər. Biz bu barədə təkliflərimizi səsləndirmişik, ancaq təəssüflər olsun ki, müzakirə olunmayıb. Ona görə də təkliflərimizi sənədləşmiş formada irəli sürməyi düşünürük”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR