Səhiyyə Nazirliyi yeni elektron xidmətin tətbiqinə hazırlaşır

Səhiyyə Nazirliyi yeni elektron xidmətin tətbiqinə hazırlaşır
13:21 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyi (SN) yeni elektron xidmətin tətbiqinə hazırlaşır. “Həkim axtarışı” adlanan bu elektron xidmət “Tibbi kadrların vahid registrindən məlumatların əldə edilməsi” xidmətinin daha genişləndirilmiş versiyasıdır. Səhiyyə Nazirliyinin (SN) Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən hazırlanan bu xidmətin gələcəkdə daha da təkmilləşdirilməsi planlaşdırılır.

Eyni zamanda Səhiyyə Nazirliyi səhiyyə sahəsində elektron xidmətlərin sayını artırmaq niyyətindədir.
 
Belə ki, SN tərəfindən göstərilməsi nəzərdə tutulan bir sıra yeni elektron xidmətlər hələlik hazırlıq mərhələsindədir.
 
 Bu mərhələdə olan elektron xidmətlərə “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat”, “Tibbi arayışların elektron registrindən məlumatların verilməsi”, “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi”, “Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi”, “Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu”, “Xarici ölkələrdə tibbi təhsil və ya fəaliyyət göstərilməsi üçün müvafiq arayışın verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “Respublikadan kənarda müalicə alınması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” daxildir.
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34897-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR