“DəmirBank” plastik kart sahibləri üçün endirim aksiyası keçirir

10:12 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 10:07 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank”ın “MasterCard” kart sahibləri üçün 10%-lik endirim kampaniyasına start verilib.

 

Bankdan “APA-Economics”ə verilə məlumata görə, “DəmirBank” müştəriləri “MasterCard” tərəfindən təqdim edilən bu endirim kampaniyasında 70-ə qədər brendin məshul və xidmətlərindən 10% endirimlə yararlana biləcəklər.  Kampaniyaya  “İdeal”, “My brands”, “Accessorize” kimi mağaza şəbəkələrinin məhsulları, “Schwarzkopf”  gözəllik salonu və “Beat Group”, “Bisque” kimi kafe və restoranların xidmətləri  daxildir.

 

Qeyd edək ki, endirim kampaniyası dekabrın 31-dək davam edəcək.

 

“DəmirBank” Azərbaycanda ən geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartları 1, 2 və ya 3 il müddətinə təklif edir. Plastik kartları Bankın filiallarında və həmçinin www.demirbank.az/index.php?/az/ordercard/ internet səhifəsində onlayn sifariş etmək mümkündür.

 

Bank plastik kart sahiblərinə eyni zamanda Card-to-Card köçürmələri, SMS-Bank, İnternet-Bank və Telefon-Bank xidmətləri,  ödənişlərin (kommunal, mobil və stasionar rabitə, internet, kabel TV xidmətləri, yol hərəkətinin pozulması üzrə cərimələr) həyata keçirilməsi və endirim imkanları təqdim edir.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367304

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR