Bakı, 30 iyun, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ucar rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə cins heyvandarlıq, istixana, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, pendir, plastik qapı-pəncərə istehsalı müəssisələrinin və çörək zavodunun yaradılması məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.