[ 30 İyun 2015 11:44 ]
Bakı-APA. “Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan bir daha sübut etdi ki, istənilən irimiqyaslı tədbirə ev sahibliyi etməyə hazırdır”.
APA-nın məlumatına görə, Ukraynanın uatoday.tv saytı belə yazıb. Saytda bildirilib ki, bağlanış mərasiminə biletlərin hamısının satılmasına baxmayaraq, insanlar Bakı Bulvarında quraşdırılmış nəhəng monitordan mərasimi izləmək üçün yığışıb, bu həyəcanı birlikdə qeyd ediblər. Azərbaycanlıların bu oyunların Bakıda keçirilməsindən qürur duyduqlarını, həvəslə yarışları izlədikləri də məqalədə yer alır.