Azərbaycanda sığorta ödənişlərinin artım tempi yığımları beş dəfə üstələyib

Azərbaycanda sığorta ödənişlərinin artım tempi yığımları beş dəfə üstələyib
14:23 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Azad Həsənli/

2014-cü ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 429,2 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilki göstəricini 5,8 faiz (23,5 milyon manat) üstələyir. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri (ASA) Orxan Bayramov ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Şirkətlər hesabat dövründə təqribən 157,1 milyon manat sığorta ödənişi həyata keçiriblər ki, bu da 2013-cü ilin yanvar-dekabr aylarının göstəricisindən 28 faiz (34,3 milyon manat) çoxdur.

Toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,6 manat ödəniş həyata keçirilib. 2013-cü ildə bu göstərici 30,3 manat olub.

Maliyyə Nazirliyinin statistik hesabatında 28 sığorta şirkətinin, o cümlədən lissenziyası geri çağırılan "Royal Sigorta" SŞ-nin məlumatları nəzərə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR