Bakı, 30 iyun, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi baş məşqçi Aleksandr Çervyakov ilə yollarını
ayırıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçinin komandadan uzaqlaşdırılmasına səbəb voleybolçularımızın birinci Avropa Oyunlarında medal qazana bilməməsi olub.
Komandanın sükanı arxasına yenidən Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev gətirilib. Voleybolçularımız cari ilin sentyabrında Belçika və Niderlandda start götürəcək Avropa çempionatına məhz F.Qarayevin rəhbərliyi altında hazırlaşacaqlar.