Argentina millisinin heyəti açıqlanıb. Komandanın heyətinə “İnter Mayami”nin hücumçusu Lionel Messi də daxil edilib.

Metbuat.az xəbər verir ki, Argentina sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina-Faso, oktyabrın 6-da isə Beninlə yoldaşlıq oyunu keçirəcək.

Messinin Beninlə qarşılaşmada milli komanda ilə son oyununa çıxacağı gözlənilir. Görüşün keçiriləcəyi Buenos-Ayresdəki “Monumental” stadionunda futbolçu üçün vida mərasiminin təşkili planlaşdırılır.

Qeyd edək ki, Messi avqustun 31-də Argentina millisindəki karyerasını başa vurduğunu açıqlamışdı. O, 2005-ci ildən yığmanın heyətində 207 oyunda 125 qol vurub.