Türkiyə “Böyük iyirmilik” ölkələrinin energetika nazirlərinin ilk görüşünü keçirməyi planlaşdırır

Türkiyə “Böyük iyirmilik” ölkələrinin energetika nazirlərinin ilk görüşünü keçirməyi planlaşdırır
14:38 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Bu il “Böyük iyirmilik” ölkələrinə sədrlik edən Türkiyə energetika nazirlərinin ilk görüşünü təşkil etməyi planlaşdırır.
AzərTAc xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu Davosda Dünya İqtisadi Forumunda çıxışında məlumat verib. Ə.Davudoğlunun sözlərinə görə, görüşdə enerji resurslarından istifadənin yaxşılaşdırılması, onların daşınması və vahid energetika siyasətinin işlənib hazırlanması məsələləri müzakirə ediləcək.
Türkiyənin Baş naziri xatırladıb ki, Afrika ölkələrinin təqribən 620 milyon sakini elektrik enerjisi ilə təmin olunmayıb və bu problemi yaxın illərdə həll etmək lazımdır.
Beynəlxalq Energetika Agentliyinin proqnozlarına görə, 2040-cı ilə qədər energetika sahəsinə yatırılacaq investisiyaların ümumi həcmi təqribən 66 trilyon dollar təşkil etməlidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_Boyuk_iyirmilik_olkelerinin_energetika_nazirlerinin_ilk_gorusunu_kechirmeyi_planlasdirir-826696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR