Əli Həsənov: “Dövlət qurumlarının fəaliyyətində və QHT sektorunda şəffaflıq 2015-ci ilin prioritetləri sırasında qalır”

Əli Həsənov: “Dövlət qurumlarının fəaliyyətində və QHT sektorunda şəffaflıq 2015-ci ilin prioritetləri sırasında qalır”
14:47 22 Yanvar 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 14:41 ]

Bakı - APA. “Bir neçə gün əvvəl burada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə tam obyektiv, heç bir kənar, əvvəlcədən müəyyən olunmuş mülahizə ortaya qoyulmadan Qərb ölkələrində də insan hüquqlarının, o cümlədən III sektorun fəaliyyətini təhlil etdik. Qərəzli şəkildə yox, tam obyektiv. Təhlillər belə olmalıdır, yoxsa kimisə idarə etmək, kiminsə müstəqil milli iradəsinə təzyiq göstərmək, kiminsə dövlət maraqlarını subyektiv mülahizələr istiqamətində dəyişmək şəklində yox”.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxışı zamanı bildirib.

 

Ə. Həsənov deyib ki, 2015-ci ildə bütün sahələrdə olduğu kimi, Şuranın və onun qrantları çərçivəsində fəaliyyət göstərən QHT-lərin qarşısında bir çox prioritetlər var: “Dövlət olaraq biz də hesab edirik ki, vətəndaş təşəbbüslərini dəyərləndirən, istiqamətləndirən, idarə edən III sektorun bütün təmsilçiləri Azərbaycan dövlətinin, cəmiyyətinin qarşısında duran məsələlərdən, prioritet vəzifələrdən yaxalarını kənara çəkməməli, dövlətlə, cəmiyyətlə bərabər, onun təmsilçiləri kimi həmin sahələr üzrə ardıcıl fəaliyyət göstərməlidirlər. 2015-ci ilin prioritetləri sırasında həm cəmiyyətdə, həm dövlət qurumlarının fəaliyyətində, həm də QHT sektorunda şəffaflıq məsələsi yenə də qalır. Bununla bağlı bəzi təşəbbüslərimiz olub, Milli Məclis bəzi qanunlara dəyişikliklər edib. Bəzi subyektiv maraqlı qüvvələr bizi tənqid edirlər ki, biz bu sahədəki fəaliyyəti çətinləşdiririk. Xeyr, biz heç bir şeyi çətinləşdirmirik. Sizlərdən heç biriniz bununla bağlı ortaya fakt qoya bilməzsiniz. Biz şəffaflaşdırırıq. Hər bir fəaliyyət cəmiyyətə bəlli olmalıdır. Əgər cəmiyyətin bu fəaliyyətdən xəbəri yoxdursa, deməli, onun cəmiyyətin maraqlarına cavab verməsi sual doğurur. Artıq mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmasına başlanılıb. Bu şuraların fəaliyyəti ayrı-ayrı sahələr üzrə QHT-lərin iştirakını da təmin edir. Mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının, sosial strukturların fəaliyyətində, məktəbdən tutmuş ən yüksək dövlət orqanlarınadək şəffaflıq dövlətin vahid prinsipidir. Buna eyni zamanda QHT-lər də qoşulmalı, dəstək verməlidir”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR