DMX-nin xidmətləri "Elektron hökumət" portalına inteqrasiya olundu

DMX-nin xidmətləri "Elektron hökumət" portalına inteqrasiya olundu
10:33 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Dövlət Miqrasiya Xidməti (DMX) ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində DMX-nin aşağıdakı 9 elektron xidməti "Elektron hökumət” portalına inteqrasiya olunub. Trend xəbər verir ki, bu barədə cümə günü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, portalda elektron formada DMX-nin aşağıdakı xidmətlərindən istifadə etmək mümkün olacaq: vətəndaşlığın əldə edilməsi, onun bərpa edilməsi, Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması, daimi yaşamaq üçün icazə, əmək fəaliyyəti müddətinin uzadılması, əmək fəaliyyəti üçün icazə, miqrasiya orqanlarına qulluğa qəbul, müvəqqəti yaşamaq üçün icazə, onlayn ödəmə.

Beləliklə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə DMX üzrə təsdiq edilən 11 e-xidmətin 10-u portala inteqrasiya edilib.

İstifadəçilər müraciətlərinin məzmununa uyğun olaraq seçim etməklə bu xidmətlərdən asanlıqla yararlana bilərlər. Bunun üçün portalda autentifikasiyadan keçərək, "Elektron Xidmətlər" bölməsini qeyd edib, DMX-nin müvafiq xidmətini seçmək lazımdır. Açılan səhifədə bu xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı, həmçinin PDF formatında müraciət formaları yerləşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2347846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR