[ 01 İyul 2015 16:12 ]


Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə qastrol səfəri edəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaradıcı heyət M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası ilə iyulun 4-dən 8-dək Şəmkir, Samux, Göygöl, Daşkəsən, Tovuz və Ağstafa rayonlarında çıxış edəcək.

Mətbuat xidmətindən əlavə ediblər ki, Dövlət Gənc Tamaşaçılar Teatrı 87-ci teatr mövsümünə iyulun 6-da Ağstafa rayonunda yekun vuracaq.