Səudiyyə Ərəbistanının "Əhrar ən-Najran" (Najrananın azad vətəndaşları) müxalif hərbi-siyasi hərəkatı ölkənin cənubunda eyni adlı əyalətin paytaxtı Najran şəhər aeroportunu nəzarət altına alıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Fars agentliyi xəbər yayıb.

Səudiyyə kralına ağır zərbə: Hava limanı ələ keçirildi (FOTO)

"Səudiyyə Ərəbistanı silahlı qüvvələri ilə ağır döyüşlərdən sonra "Əhrar ən-Najran" hərəkatının birləşmiş tayfaları krallığın cənubunda Najran şəhərinin aeroportunu nəzarət altına alıblar", deyə agentliyin xəbərində deyilir. Son məlumatlara əsasən, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrləri aeroportu bombalamaqda davam edir.

Səudiyyə kralına ağır zərbə: Hava limanı ələ keçirildi (FOTO)


"Əhrar ən-Najran" kimlərdir?

"Əhrar ən-Najran" hərəkatını Səudiyyə Ərəbistanına qarşı müharibədə Yəmən tərəfdarı olan Najran əyalətinin üsyançı tayfaları formalaşdırılaşdırıb. Hərəkat Ər-Riyad əyalətinin müstəqilliyini elan edib və hərbi hazırlıqlar üçün Yəmənə müraciət edib.

Səudiyyə kralına ağır zərbə: Hava limanı ələ keçirildi (FOTO)


Qarşıdurmanın tarixi

1920-1930 ill'rdə Yəmən və Səudiyyə Ərəbistanı Najran əyaləti üğrunda mübarizə aparıb. 1934-cü ildə əyalətin ərazisi Səudiyyə Ərəbistanı tərəfindən ələ keçirilib və krallığa birləşdirilib. O vaxtdan əyalətin sakinləri daimi diskriminasiyadan şikayət edirlər. 2000-ci ildə Najranda hökumət güvvələri ilə dəfələrlə silahlı toqquşmalar olub.

Səudiyyə kralına ağır zərbə: Hava limanı ələ keçirildi (FOTO)