Qremmi mükafatı laureatı müğənni Rihanna səsyazma sənayesi lideri olub. Belə ki, onun sinql satışının ümumi dövriyyəsi 100 milyonu keçib.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbər Amerika səsyazma sənayesi assosiasiyasının saytında yerləşdirilən siyahıda qeyd olunur.

Rekord - 100 milyon sinqlı satdı

27 yaşlı müğənni siyahıya başçılıq edərək həmkarlarını geridə qoyub. Siyahıda ikinci və üçüncü yeri ardıcıl olaraq Teylor Svift və Keti Perri götürüb.

Rekord - 100 milyon sinqlı satdı

Rekord - 100 milyon sinqlı satdı

Qeyd olunur ki, reytinqdə ABŞ-da satılan sinqlların sayı nəzərdə tutulur. Xəbərdə deyilir ki, Rihanna öz karyerası boyu 37 sinql çıxardıb. “Bu tarixi bir nailiyyətdir və fövqəladə karyeradan xəbər verir”- deyə assosiasiyanın rəhbəri və icraçı direktoru Keri Şerman bildirib.

Bundan əvvəl Rihannanın BET Awards mərasimi zamanı boksçu Meyvezerin ağzını yapışqanla bağladığı xəbəri verilmişdi.

blob:https%3A//vine.co/ed81eb1b-3aea-4766-b463-02ae4812ebcf