Bakı, 2 iyul, Samirə Quliyeva, AZƏRTAC
“Audatex Azərbaycan” şirkətinin fəaliyyətə başlaması gecikir.
“Audatex Azərbaycan” şirkətinin qeydiyyatının gecikdirilməsi, rəsmi avtomobil idxalçıları ilə danışıqların başa çatmaması və digər başqa səbəblərdən şirkətin fəaliyyətə başlaması bu il oktyabrın 1-dək uzana bilər. Lakin buna baxmayaraq işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quluyev qeyd edib ki, şirkət bu il iyulun 1-dən Azərbaycanda fəaliyyətə başlamalı olsa da, gecikir.