Belarusun “Лiтаратура i мастацтва” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc edilib

16:58 22 Yanvar 2015
186 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Belarusun aparıcı “Лiтаратура i мастацтва” (Ədəbiyyat və incəsənət) qəzetində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar məqalə dərc edilib.
AzərTAc-ın Belarusdakı səfirliyindən AzərTAc-a bildiriblər ki, yazıda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı səfir İsfəndiyar Vahabzadənin müsahibəsi yer alıb. Diplomat müsahibəsində 20 Yanvarın Azərbaycan tarixində xalqımızın yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən qəhrəmanlıq səhifəsi olduğunu bildirib. O, həmin günlərdə mindən çox dinc sakinin keçmiş sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirildiyini vurğulayıb və şəhidlərimizin xatirəsinin hər il həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda yad edildiyini bildirib. Səfir, həmçinin ümummilli lider Heydər Əliyevin faciənin baş verməsindən dərhal sonra son dərəcə cəsarətli, vətənpərvər mövqe nümayiş etdirərək, başda Mixail Qorbaçov olmaqla bu faciənin törədilməsində rolu olmuş SSRİ-nin siyasi və hərbi rəhbərliyini sərt şəkildə tənqid etdiyini diqqətə çatdırıb. İ.Vahabzadə həm ulu öndər Heydər Əliyevin, həm də dövlət başçısı İlham Əliyevin prezidentliyi dövrlərində şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belarusun_Litaratura_i_mastactva_qezetinde_20_Yanvar_faciesi_ile_bagli_meqale_derc_edilib-826762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR