Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızın qardaşını qətlə yetirməkdə təqsirli bilinən Rasim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rasim Mustafayev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin fevralın 16-da saat 19:10 radələrində Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci Bibiheybət döngəsi, ev 19-da 24 yaşlı Elvin Hüseynlini bıçaqlayaraq öldürən şəxsin 1981-ci il təvəllüdlü Mustafayev Rasim Teymuraz oğlu olması müəyyən edilib. Hazırda onun tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Bildirilir ki, R.Mustafayev E.Hüseynlinin bacısı Türkanı sevirmiş. Həmin gecə 34 yaşlı Rasim onların evinə gəlib və bacı ilə qardaşı bıçaqlayıb. E.Hüseynli xəstəxanaya aparılarkən keçinib. T.Hüseynova isə ambulator müalicəyə yazılıb.