AZAL Berlinə birbaşa aviareys açır

AZAL Berlinə birbaşa aviareys açır
17:52 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

""Azərbaycan Hava Yolları" QSC (AZAL) Almaniyanın paytaxtı Berlinə birbaşa aviareys açır".

Bunu APA-ya AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib.

M.Səfərlinin sözlərinə görə, Bakı-Berlin-Bakı istiqamətində birbaşa uçuşlar mayın 2-dən yerinə yetiriləcək.

Uçuşlar həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Bakıda birbaşa uçuşlar Almaniyanın Frankfurt şəhərinə yerinə yetirilir. Bu istiqamətdə uçuşlar həftənin bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri saat 04:55-də həyata keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/320437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR