Bakı, 3 iyul, AZƏRTAC
2015-ci ilin iyun ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9518 metr qazma işi həyata keçirib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Görülən işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 53436 metr qazma işi görülüb ki, bunun da 52436 metri istismara, 1000 metri isə kəşfiyyata aid olub.
İlin əvvəlindən qazmadan alınmış 35 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.