Bakı, 3 iyul, AZƏRTAC
İyulun 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. Hərraca 5 milyon AZN həcmində istiqraz çıxarılacaq.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, istiqrazları əldə etmək istəyənlər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər. İstiqrazlar 2024-cü il noyabrın 21-də ödəniləcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.