Bakı, 3 iyul, AZƏRTAC
Donorluq əsl xeyriyyəçilikdir. Qan vermək – onu bölüşə bilənlər üçün çox cüzi bir şey olsa da , ona ehtiyacı olanlar üçün həyati zərurətdir. İrsi qan xəstəliklərindən əziyyət çəkən insanlara mütəmadi qan köçürülməlidir, əks halda onların həyatı təhlükədə olur.
Bununla əlaqədar olaraq pasiyentlərin iztirabsız yaşaması və müvəqqəti yaranan qan qıtlığını aradan qaldırmaq məqsədilə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, "Qan Donorları Assosiasiyası" İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyası könüllü və təmənnasız qanvermə aksiyası keçirirlər.
Bu barədə AZƏRTAC-a Talassemiya Federasiyasından məlumat veriblər.
Xeyriyyə aksiyası iyulun 4-də saat 19.00-dan 23.00-dək "Park-Bulvar" ticarət mərkəzində keçiriləcək.