Məşhur aktrisa ölümcül virusa yoluxub

Məşhur aktrisa ölümcül virusa yoluxub
21:06 22 Yanvar 2015
223 Şou
Ölkə mətbuatı
A- A+

28 yaşlı aktrisa Lindsi Lohan Britaniya kral ailəsinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, dekabrın sonunda Bora-Bora adasında dincəlməyə gedən aktrisa nadir viruslardan sayılan "lixoraki çikunqunya"ya yoluxub. Lindsi həmin vaxt bu barədə Tvitterdə də yazıb:

"Ağcaqanadlardan qorunmaq üçün spreydən istifadə edin. Yoxsa mənim kimi yoluxacaqsınız. Allah sizi qorusun".

Hazırda o, hələ də xəstəxanada müalicə alır. Yüksək temperatur və ağrılardan əziyyət çəkən aktrisanın yoluxduğu virusun hələ ki, tam müalicəsi mümkün deyil. Lindsi Lohanın narkotik və alkoqol aludəçisi olması da vəziyyətini daha da ağırlaşdırır.

Qeyd edək ki, keçən il bu virusdan dünyada rəsmi rəqəm olaraq, 113 nəfər dünyasını dəyişib. Eləcə Kanadada 200 nəfərdən çox bu xəstəlikdən əziyyət çəkən var.

Dünya Səhiyyə Təşkilatı ağcaqanadların təhlükəli növünün yaydığı bu virusa qarşı peyvənd və müalicə növünü hələ tapa bilməyib. Virus dünyanın növbəti kütləvi epidemiyalarından sayılır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR