Azərbaycanlı Ginnesin rekordlar kitabına düşdü (VİDEO)

Azərbaycanlı Ginnesin rekordlar kitabına düşdü (VİDEO)
23:51 22 Yanvar 2015
262 Digər
Ölkə mətbuatı
A- A+

Miniatür kitabları ilə Azərbaycanda çox məşhur olan “Şöhrət” ordenli Zərifə Salahovanın adı Ginnesin Rekordlar Kitabına düşüb. Zərifə xanım bunadək çox naliyyətlərə imza atıb. Məsələn, UNESKO-nun qərarı ilə əsası qoyulan dünyada ilk Miniatür Kitab Muzeyinin yaradıcısı və direktorudur. Rəhbəri olduğu muzeyin fonduna 60 ölkədə nəşr edilmiş minlərlə miniatür kitab saxlanılır.

Dünyada ilk özəl Miniatür Kitab Muzeyindəki miniatür kitabların kolleksiyası Ginnesin Rekordlar Kitabına daxil edilib. Muzeyin təsisçisi və yaradıcısı, respublika “Kitab” cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova deyir ki, şəxsi miniatür kitab kolleksiyasının Ginnesin Rekordlar Kitabına düşməsi prosesi 6 ay çəkib. 2014-cü ilin ilin yay aylarından başlayan yazışmaların nəticəsi olaraq, ötən gün Zərifə Salahovaya Ginnesin Rekordlar Kitabının rekordlar üzrə menecerlər komandasından məktub daxil olub. Məktubda muzeyin sifarişi qəbul edildiyi və miniatür kitabların dünyada ən böyük kolleksiyası hesab edildiyi barədə məlumat verilib.

Zərifə xanıma məxsus konteynerin içərisindəki isə, müzeydə saxlanan nadir nüsxələrdən olmasıyla yanaşı həm də dünyanın ən kiçik kitabıdır. Bəli, bu konteynerin içərisində mikrokitab yerləşir.

Kitablar 1979-cu ildə Yaponiyanın Tokio şəhərindəki “Toppan” nəşriyyatında buraxılıb. Kitabın oxunması üçün öz lupası da var.

Yaxın vaxtlarda Zərifə Salahovaya Ginnesin Rekordlar Kitabına düşməsini təsdiqləyən sertifikat və medal da veriləcək.

Mənbə
ANS TV


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR