Bakı, 6 iyul, AZƏRTAC
Bu ilin iyun ayında ölkə enerji sistemində 1,7 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən 6 ayda isə elektrik enerjisi istehsalı 11,5 milyard kilovat-saat olub. Ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.