İlham Əliyevin ən kiçik nəvəsinin fotosu

İlham Əliyevin ən kiçik nəvəsinin fotosu
00:46 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin ən kiçik nəvəsinin fotosu yayılıb.

Axşam.az-ın azxeber.com-a istinadən məlumatına görə, fotonu onun kürəkəni Səməd Qurbanov paylaşıb.

Fotoda Arzu Əliyeva ilə Səməd Qurbanovun övladı Aydın atasının boynunda oturub.

Foto "Səməd Aydın oğlu & Aydın Səməd oğlu" şərhi ilə paylaşılıb.

Xatırladaq ki, Arzu Əliyeva prezident İlham Əliyevin kiçik qızıdır. O, iş adamı Səməd Qurbanovla 2011-ci ildə sentyabr ayının 3-ü ailə həyatı qurublar. Cütlüyün 1 oğul övladı var.

Səməd Qurbanovun atası Aydın Qurbanov 2003-cü ildə dünyasını dəyişib və Rusiyada nüfuzlu azərbaycanlı iş adamı kimi tanınıb. Səmədin atası Aydın Qurbanov həm Rusiya, həm də Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınıb.

İ.Əliyevin Aydından başqa daha iki oğlan nəvəsi var. Dövlət başçısının böyük qızı Leyla Əliyevanın əkiz oğlanlarının adı Əli və Mikayıldır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR