Bakı, 8 iyul, AZƏRTAC
"NİKOYL" bank "Asan İmza"nı tətbiq edərək hüquqi şəxslər üçün internet-bankinq xidmətini təqdim edir.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, "NİKOYL" İKB ASC hüquqi şəxslər üçün yeni internet-bankinq – distant bankçılıq xidməti sistemini təqdim edir. "İnternet bankinq" sistemi müştəri – hüquqi şəxslərin öz hesablarını internet vasitəsilə, məsafədən idarə etməyə imkan verəcək.
Belə ki, internet bankçılıq xidməti "Asan İmza" mobil elektron imza və SSL protokolu vasitəsilə hazırlanıb.
Bankın müştəriləri internet bankçılıq xidmətinə ilk 6 ay ərzində ödənişsiz, 7-ci aydan başlayaraq illik 30 AZN ödəməklə qoşula bilər.
Ətraflı məlumatı www.asanimza.az və www.asxm.gov.az saytlarından əldə etmək olar.