Bakı, 8 iyul, AZƏRTAC
Bu il iyunun 1-nə olan vəziyyətə görə, Azərbaycanda banklar tərəfindən 2,670 min bankomat quraşdırılıb. Bu göstərici ilin əvvəli ilə müqayisədə 2,4 faiz çoxdur.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bankomatların 1,506 mini Bakının, 1,164 mini regionların payına düşür.
Hesabat dövründə ölkə ərazisindəki ticarət və xidmət obyektlərində 78,324 min ədəd POS-terminal quraşdırılıb ki, bunun 49,815 mini paytaxtda, 28,509 min ədədi regionlardadır. Pərakəndə ticarət obyektlərində 76,892 min ədəd POS-terminal və ya bütün POS-terminalların 98,2 faizi quraşdırılıb.