Bakı, 9 iyul, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyulun 10-da saat 11-də Ucar rayonunda vətəndaşları qəbul edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Ucar, Zərdab, Kürdəmir, Ağdaş rayonlarında əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə əhalini maraqlandıran məsələlərlə bağlı müraciətlər dinləniləcək.
Vətəndaşlar mincom@mincom.gov.az elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, 598-38-18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlaya bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar zərurət olduğu halda, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Ucar rayonunda 213-37-77, Zərdab rayonunda 296-60-41, Kürdəmir rayonunda 255-15-99, Ağdaş rayonunda 235-51-58 nömrəli telefonlara zəng etmək lazımdır.