11:38
Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisindəki qəza barədə FHN məlumat yayıb.
Milli.Az qurumun saytına istinadən bildirir ki, "Mercedes" markalı minik avtomobili, "Daewoo" markalı sərnişin avtobusu ilə toqquşub. Nəticədə "Mercedes" markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:35-də başa çatıb.
-----------
10:01
TTV (Region TV) xəbər verir ki, Tovuzda dəhşətli yol qəzası baş verib. Hadisə bu gün saat 08.40 radələrində Bakı-Qazax magistral yolunun Qovlar şəhər ərazisində baş verib. Bakı istiqamətində hərəkətdə olan "Daewoo" markalı avtobusla "Mercedes" markalı minik maşını toqquşub. Minik avtomobilində olan 4 nəfər sərnişin dünyasını dəyişib. Avtobusda olan sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin kimliyi hələ ki, məlum deyil. Bir ailənin üzvləri olduğu ehtimal edilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Milli.Az
-----------
12:19




