Bakı, 10 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi iyulun 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında milli mətbuatın 140 illiyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, "Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz" mövzusunda keçirilən konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mətbuat Şurası tərəfindən "Azərbaycanda informasiyalı cəmiyyət quruculuğundakı xidmətlərinə görə" diplomu ilə təltif edilib.
Qeyd edək ki, konfrans Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamı ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə reallaşıb.